RU

Azərbaycan Premyer Liqasında transfer pəncərələrinin tarixləri açıqlandı

Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü üçün transfer pəncərələrinin vaxtı müəyyənləşib.

Teleqraf xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Qərara əsasən, yay transfer dövrü iyunun 19-da başlayacaq və sentyabrın 10-u saat 23:59-da başa çatacaq.

Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 14-dən fevralın 10-dək davam edəcək.

Bundan əlavə, 2027-ci il martın 31-i agent statusuna malik peşəkar futbolçuların sifarişi üçün son tarix kimi müəyyən olunub.

Избранный
34
10
teleqraf.com

10Источники