Bakı şəhəri yenidənqurma və şəhər inkişafı baxımından Ukrayna üçün mühüm nümunələrdən biridir
"Report" xəbər verir ki, bunu Xarkov şəhərinin meri İqor Terexov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Xarkovda evlerin yenidən qurulması və Gələcək Şəher" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, müharibə şəraitində yaşayan Ukrayna şəhərləri üçün müasir və dayanıqlı şəhərsalma təcrübəsi xüsusi əhəmiyyət daşıyır: "Biz bu gün burada – gözəl Bakı şəhərində toplaşmışıq. Bakı əslində yenidənqurma sahəsində aparıcı nümunədir və şəhəri necə sevməyin, necə inkişaf etdirməyin örnəyidir".
Mer bildirib ki, müasir şəhərlər artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, həm də təhlükəsizlik məsələsidir: "Bu gün yeni təhlükəsizlik arxitekturası formalaşır. Biz düşünməliyik ki, insanlar müharibə şəraitində necə yaşayacaq, necə işləyəcək və uşaqlarını necə təhsil aldıracaq. Bakı kimi şəhərlərin inkişaf modeli və şəhərsalma təcrübəsi Ukrayna şəhərlərinin gələcək bərpası üçün mühüm nümunə rolunu oynaya bilər".