AZ

“Qarabağ”ın AvroLiqadakı potensial rəqibləri - ADLAR

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.

Ölkə.az xəbər verir ki, ilk təsnifat mərhələsində 12 komanda mübarizə aparacaq. .

Püşkatmada səpələnmişlər səbətində yer alacaq “Qarabağ”ın qarşılaşacağı 6 mümkün rəqibdən 5-i artıq məlumdur:

“Voyvodina” (Serbiya), “ÇFR Kluj (Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya), “Vestri” (İslandiya)

6-cı rəqib isə “Jilina” (Slovakiya) və ya “Zimbru” (Moldova) klublarından biri olacaq.

Qeyd edək ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkatması iyunun 16-da keçiriləcək.

Seçilən
16
olke.az

1Mənbələr