ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İsrailin Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvirin Polşaya girişi qadağan ediləcək.
“AzPolitika” xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Maçey Vevyur bu barədə sosial mediada məlumat yayıb.
"Polşa Xarici İşlər naziri Radoslav Sikorski Daxili İşlər Nazirliyindən Ben-Qvirin hərəkətlərinə görə Polşaya girişinin qadağan edilməsini istəyib", - deyə o bildirib.
Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri Qəzza zolağına humanitar yardım daşıyan “Sumud” donanmasındakı 430 nəfəri saxlayıb. Onların arasında dörd Polşa vətəndaşı da var idi. Həmin şəxslərə qəddar davranan İsrail tərəfinin hərəkətləri beynəlxalq etirazlara səbəb olub. Nazir Ben-Qvir isə həmin hadisənin əsas təşkilatçılarından biri sayılır.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.