AZ

Yeniyetmələrdən gələn pis qoxunun səbəbi açıqlandı: Həkimlər deyir ki...

Yeniyetməlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər tər və piy vəzilərinin fəaliyyətini artırır. Bu səbəbdən də həmin yaşlarda həm tərləmə çoxalır, həm də bədəndə xoşagəlməz qoxu yaranır.

Publika.az xəbər verir ki, bunu pediatr Yelena Zıkina bildirib.

Həkimin sözlərinə görə, tərin özü demək olar ki, qoxusuz olur. Lakin dəridəki bakteriyalarla təmas zamanı müxtəlif maddələrin parçalanması baş verir və nəticədə kəskin qoxu yaranır. Mütəxəssis bildirib ki, bu proses təbiidir və əksər hallarda yaş artdıqca normallaşır.

Pediatr yeniyetmələrə şəxsi gigiyenaya xüsusi diqqət yetirməyi tövsiyə edib: “Gündəlik yuyunmaq, yumşaq antibakterial vasitələrdən istifadə etmək, xüsusilə alt paltarlarını tez-tez dəyişmək, yaşa və dəri tipinə uyğun dezodorant və ya antiperspirantlardan istifadə vacibdir”.

Seçilən
48
publika.az

1Mənbələr