AZ

Nazir müavini: Münaqişələr zamanı mədəni irs ən çox zərər görən sahələrdən olub

Münaqişələr yalnız maddi irsi deyil, eyni zamanda, ənənələri, yerli incəsənəti, musiqini, ədəbiyyatı və gündəlik həyatı da məhv edir.

"Report" xəbər verir ki, bu barədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Dayanıqlı və gücləndirici mədəni canlandırma" adlı müzakirədə deyib.

Nazir müavini Azərbaycanın təcrübəsinə diqqət çəkib: "Azərbaycanın təcrübəsi göstərir ki, postmünaqişə bərpası yalnız infrastrukturun yenilənməsi deyil, həm də insanların kimliyinin və doğma məkanlarla bağlarının bərpasıdır".

F.Cəfərov vurğulayıb ki, tarix boyu münaqişələr zamanı mədəni irs ən çox zərər görən sahələrdən biri olub: "Beynəlxalq müqavilələrin mövcudluğuna baxmayaraq, qədim tarixi və dini abidələr müharibələr zamanı hədəfə çevrilməkdə davam edir. Münaqişələr yalnız maddi irsi deyil, eyni zamanda ənənələri, yerli incəsənəti, musiqini, ədəbiyyatı və gündəlik həyatı məhv edir".

Nazir müavini, həmçinin Qarabağdakı bərpa prosesinə dəstək verən beynəlxalq təşkilatlara və ölkələrə təşəkkür edib.

Seçilən
12
far.az

1Mənbələr