AZ

Liberiya qadınları və gəncləri mənzil layihələrinin maliyyələşdiricisinə çevirmək istəyir

Liberiya hökuməti qadınların və gənclərin mənzil layihələrində yalnız benefisiar kimi deyil, həm də maliyyələşdirici və inkişaf etdirici kimi iştirakını təşviq edir.

"APA-Economics" xəbər verir ki, bunu Liberiyanın Yerli İdarəetmə Nazirliyinin şəhər məsələləri üzrə nazir müavini Fatima Bintu Sirleaf Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Siyasi öhdəlikdən icraya hazırlığa keçid" adlı nazirlər dəyirmi masasında bildirib.

Onun sözlərinə görə, ölkədə mənzil siyasəti insan kapitalının inkişafı, məşğulluq, sahibkarlıq və maliyyə inklüzivliyi ilə əlaqələndirilir.

F.B.Sirleaf qeyd edib ki, qadınlar mənzil layihələrinin sadəcə istifadəçisi deyil, həm də maliyyələşdiricisi və inkişaf etdiricisi kimi təşviq olunur. Bu yanaşma gender bərabərliyinin gücləndirilməsinə və qadınların iqtisadi fəaliyyətlərdə iştirakının artmasına xidmət edir.

Nazir müavini bildirib ki, gənclər üçün yaradılmış sahibkarlıq və investisiya proqramları memarların, mühəndislərin və sahibkarların mənzil sektorunda fəal iştirakını dəstəkləyir.

Onun sözlərinə görə, 2025-ci ilin iyulunda Afrika İnkişaf Bankının (AfDB) dəstəyi ilə fəaliyyətə başlayan Gənclərin Sahibkarlıq və İnvestisiya Bankı gənclərə maliyyələşmə, ilkin kapital, kredit zəmanətləri və biznes təlimləri təqdim edir.

F.B.Sirleaf vurğulayıb ki, mənzil yalnız yaşayış yeri deyil, həm də insanların potensialını reallaşdırmasına, iqtisadi fəallığın artmasına və yerli icmaların inkişafına xidmət edən vacib amildir.

Seçilən
32
apa.az

1Mənbələr