AZ

Türk Hava Yolları 3 il sonra ilk dəfə İsrailə uçur

ain.az bildirir, Axar.az portalına istinadən.

Türk Hava Yolları (THY) İsrail tərəfindən saxlanılan Sumud donanması fəallarını geri qaytarmaq üçün bu gün İsrailin Ramon Hava Limanına xüsusi çarter reysləri həyata keçirir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, İsrail Hərbi Dəniz Qüvvələri humanitar yardım adı altında Qəzzaya gedən Sumud donanmasına aid gəmiləri əməliyyat nəticəsində saxlayıb. Daha sonra təhlükəsizlik naziri Ben-Qvir saxlanılan fəalların təhqir edilməsini əks etdirən görüntülər paylaşıb.

Xatırladaq ki, THY-nin İsrailə müntəzəm uçuşları 2023-cü ilin oktyabr ayından bəri dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
axar.az

1Mənbələr