AZ

Üçüncü raund danışıqlar: Tərəflər nəhayət sülhə gələcək?

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tehranla Vaşinqton növbəti dəfə danışıqlar masasına oturmaq qərarına gəliblər.

Belə ki, ABŞ və İran arasında danışıqların növbəti raundu mayın sonunda Pakistanda baş tutacaq.

Məlumata görə, Pakistan nümayəndəsi bu gün İrana səfər edəcək. Səfərdə məqsəd yekun saziş layihəsi üzərində işlərin tamamlandığını rəsmən elan etməkdir.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakupost.az-a bildirib ki, ABŞ ilə İran arasında gözlənilən növbəti raund danışıqlardan da real nəticə gözləmir:

“Adətən bəzi danışıqlar nəticənin əldə edilməsi üçün keçirilir. Amma bəzi danışıqları da sadəcə olaraq, proses kimi qəbul etmək lazımdır. Bu mənada Pakistanda olması ehtimal edilən növbəti ABŞ-İran danışıqlarından hər hansı bir nəticə gözləmirəm”.

Müsahibimizin sözlərinə görə, əslində ABŞ və İsrail bəyan olunmamış nəticəni əldə ediblər:

“Onlar İranın nüvə və raket proqramlarını demək olar ya dağıdıb, ya da dayandırıblar. O biri tərəfdən də İrana ciddi sanksiyalar tətbiq olunur. İranın neft ixracı ciddi problemlərlə üz-üzədir. Yəni Qərb koalisiyasının proseslə bağlı real nəticələri var”.

Bunun üzərindən hansısa sənədin imzalanıb-imzalanmayacağına gəldikdə, həmsöhbətimizə görə bu ikinci dərəcəli məsələdir:

“Artıq Qərb qismən də olsa istədiyi nəticəyə çatıb. Belədə “nə sülh, nə də müharibə” vəziyyətinin qalması əslində hər iki tərəf üçün əlverişlidir. İstənilən vaxt tərəflər bu və ya digər bəhanədən istifadə edib, zərbələri yenidən bərpa edə bilərlər.

T. Zülfüqarov düşünür ki, Trampın Çinə səfəri belə danışıqlarda nəyisə dəyişməyəcək. Çində İranla bağlı hansısa razılaşma olsa belə, bu danışıqlarda həlledici olmayacaq”.

Rüfət Sultan, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
www.bakupost.az

1Mənbələr