AZ

Bəhreynin Mənzil və Şəhərsalma naziri: Böhranlar fövqəladə hazırlıq siyasətlərinin gücləndirilməsini zəruri edir

Bakı, 21 may, AZƏRTAC

Böhran və münaqişələrin yaratdığı çağırışlar şəhər dayanıqlılığı siyasətinin və fövqəladə hallara hazırlıq mexanizmlərinin gücləndirilməsini zəruri edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bəhreynin Mənzil və Şəhərsalma naziri Amna bint Əhməd Əl-Rumaihi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitat və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Yaxın Şərq böhranı və onun qlobal mənzil və şəhərsalma təsirləri” mövzusunda tədbirdə səsləndirib.

Nazir bildirib ki, böhran dövründə icmaların sosial sabitliyinin qorunması əsas prioritetlərdən biri olub.

Onun sözlərinə görə, həyata keçirilən inteqrasiya olunmuş fəaliyyət planı çərçivəsində texniki və mühəndislik bərpa işləri, eləcə də zərər çəkmiş ailələrə kompensasiyaların ödənilməsi təmin olunub.

“Müvafiq qurumlar zərərin aradan qaldırılması, icmaların sürətli bərpası və normal həyat şəraitinin bərqərar olunması istiqamətində fəaliyyətlərini davam etdirirlər”, – deyə o bildirib.

Bəhreyn rəsmisi qeyd edib ki, mövcud təcrübə gələcək şəhərsalma və dayanıqlılıq strategiyalarında nəzərə alınmalı olan mühüm nəticələr ortaya çıxarıb.

Müxbir - Səbinə Əlizadə

Seçilən
37
azertag.az

1Mənbələr