AZ

Şahbaz Şərif də Çinə gedir

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Pakistanın Baş naziri Şahbaz Şərif 23–26 may tarixlərində Pekinə səfər edəcək.

Bakupost.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyi səfəri təsdiqləsə də, görüşlərdə ABŞ–İsrail–İran gərginliyinin müzakirə olunub-olunmayacağı barədə məlumat verməyib.

Rəsmi açıqlamada əsas diqqətin ikitərəfli münasibətlərə yönələcəyi qeyd olunub. Son günlər həm İslamabadda, həm də Pekində diplomatik təmasların sürətlə artdığı diqqət çəkir. Pakistan ABŞ–İran danışıqlarına ev sahibliyi etdiyi halda, Çin də ardıcıl mühüm zirvələr təşkil edib. Çin lideri Si Cinpin Pekində əvvəlcə ABŞ prezidenti Donald Trampı, daha sonra isə Rusiya prezidenti Vladimir Putini qəbul edib. Digər tərəfdən, Cənubi Koreya mediasında Si Cinpinin yaxın zamanda Şimali Koreyaya səfər edə biləcəyi ilə bağlı iddialar da yayılıb.

Röya Rizvanzadə, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
www.bakupost.az

1Mənbələr