“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso “Real”dakı fəaliyyəti ilə bağlı sualı cavablandırmaqdan yayınıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:
“Real”? Xeyr, xeyr, bu barədə heç nə deyə bilmərəm”.
İspaniyalı mütəxəssis 2025-ci ilin iyun ayından bu ilin yanvar ayına qədər Madrid klubunda çalışıb.
O, bir sıra zəif nəticələr və bir neçə oyunçu ilə münasibətlərinin pisləşməsi səbəbindən postundan uzaqlaşdırılıb.
“Çelsi” Alonsonun təyinatını ötən bazar günü elan edib. 44 yaşlı məşqçi İngiltərə klubu ilə müddəti 2030-cu ilə qədər olan müqavilə imzalayıb və iyulun əvvəlində işə başlayacaq.