AZ

"Bir Kredit" BOKT maliyyə vəziyyətini açıqlayıb

"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 207 min manat zərərlə baş vurub.

"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 48,5 % azdır.

Bu il yanvarın 1-nə "Bir Kredit"in aktivləri 108,729 milyon manat olub ki, bu da illik müqayisədə 24,7% çoxdur.

Hesabat dövründə BOKT-un öhdəlikləri kəskin artaraq 10,272 milyon manata, balans kapitalı isə 13 % artaraq 98,456 milyon manata, o cümlədən nizamnamə kapitalı 13 % artaraq 99,836 milyon manata çatıb.

Xatırladaq ki, "Bir Kredit" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

Seçilən
16
far.az

1Mənbələr