AZ

Braziliya Avarçəkmə Federasiyasının nümayəndəsi WUF13 çərçivəsində Bakıda səfərdədir

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

 

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Braziliya Avarçəkmə Federasiyasının İctimaiyyətlə Əlaqələr direktoru Samiya Süleyman Bakıda səfərdədir.

XQ xəbər verir ki, səfər zamanı Samiya Süleyman Azərbaycan Su İdman Növləri Federasiyasının inzibati binasında olub.

Qonağa federasiyanın fəaliyyəti və iş prosesi barədə məlumat verilib. Daha sonra o, Bakı Avarçəkmə və Kanoe İdman Klubunun məşq bazasını gəzib.

Veteranlar arasında dünya çempionatının mükafatçısı olmuş Samiya Süleyman Xəzər dənizində avar çəkib. Sonda braziliyalı qonağa federasiya tərəfindən xatirə hədiyyəsi təqdim edilib.

Seçilən
18
4
xalqqazeti.az

5Mənbələr