Dani Parexo “Vilyarreal”la vidalaşıb.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı yarımmüdafiəçi 6 ildən sonra klubdan ayrılıb. 37 yaşlı futbolçu “Vilyarreal”ın heyətində 269 oyunda meydana çıxıb və 16 qol vurub.
Parexo komanda ilə Avropa Liqasının qalibi olub, həmçinin Çempionlar Liqasının yarımfinalına yüksəlib.