AZ

Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?

Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Belçikanın “gocar.be” saytında avtomobillərin yanmasına dair maraqlı statistika dərc olunub. 

Avtosfer.az xəbər verir ki, müəllif elektromobil yanğınlarının mediada ifrat dərəcədə qabardıldığını iddia edir. Qeyd olunur ki, Paris, yaxud Romanın mərkəzi küçələrində hanısa avtomobil qəflətən alovlandıqda yanğınsöndürənlər müdaxilə edir və iş bitir. Saytlar bunu ümumiyyətlə xəbər olaraq yaymır. 

Hansısa uzaq əyalətdə elektromobil və ya hibrid model yandıqda isə hadisə medianın baş mövzusuna çevrilir. Son nəticədə oxucuda belə bir təsəvvür yaranır ki, elektromobillər tez alışır. Reallıq isə fərqlidir. 

Norveç Mülki Müdafiə İdarəsinin statistikasına görə, 2025-ci ildə ölkədə hər 1000 elektromobilə 0,034 yanğın hadisəsi düşdüyü halda, ənənəvi avtomobillərdə 0,195 olub.

Başqa sözlə, daxiliyanma mühərrikli avtomobillərin yanması halları elektromobildən 6 dəfə çox olub! 

Müqayisənin mötəbərliyi şübhə doğurmur. Çünki bu Skandinaviya ölkəsinin avtomobil parkının 29 faizə yaxını elektrik dartılıdır. Ölkədəki 3,1 milyon nəqliyyat vasitəsinin 875 mini elektromobildir.

Vüqar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
avtosfer.az

1Mənbələr