Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 21 may, AZƏRTAC
Mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “One UN” zalında keçirilən “Aşağıkarbonlu mənzil - milli siyasətdən yerli fəaliyyətə” mövzusunda panel müzakirəsində çıxış edən BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) əməkdaşı Maike Salitse diqqəti yerli səviyyələrdə innovasiyalara və qərarlara yönəldib.
AZƏRTAC xəbər verir ki, o, binanın istismar dövrünün bütün mərhələlərində enerji istehlakını və tullantılarını azaldan müasir texnologiyaların tətbiqi olmadan dayanıqlı tikintinin mümkün olmadığına inandığını bildirib. Məruzəçi Günəş enerjisindən tutmuş təkrar emal olunmuş tikinti materiallarına qədər yerli səviyyədə bir çox uğurlu həll yollarının artıq tətbiq olunduğunu qeyd etdi. O, ixtisaslı kadrların hazırlanmasının və əhali arasında ətraf mühitlə bağlı maarifləndirmənin artırılmasının vacibliyini vurğulayıb. Panel iştirakçısı, həmçinin bildirib ki, milli siyasət dayanıqlı mənzil tikintisi üçün maliyyə dəstəyi və tənzimləyici çərçivə təmin etmək yolu ilə bu cür təcrübələrin genişləndirilməsinə şərait yaratmalıdır.
Müəllif - Vüqar Seyidov



Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.