AZ

UN Habitat rəhbəri: Qlobal mənzil böhranı bərabər şəkildə paylanmayıb

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qlobal mənzil böhranı bərabər şəkildə paylanmayıb.Demokrat.az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.O bildirib ki, bəzi icmalar və coğrafi bölgələr mənzil böhranında digərlərindən daha çox əziyyət çəkirlər:"Ancaq bu, bütün hallarda qlobal böhrandır və imkanlar da bərabər deyil. Buna görə də UN-Habitat üçün Dünya Şəhər Forumunun və xüsusilə, Dünya Akademiyasının potensialını müəyyənləşdirmək çox vacibdir ki, ortaq tədqiqat gündəliyi və ortaq potensialın inkişafı ətrafında birləşmiş bir icma yarada bilək".A.Rossbax qeyd edib ki, 2026–2029-cu illər üçün yeni strateji plan hazırlanıb:"Bu plan mənzili mərkəzə qoyur - torpaq əsaslı xidmətləri, qeyri-rəsmi yaşayış məntəqələrini, eyni zamanda icra ehtiyaclarını da əhatə edir. Bizə lazım olan resurslar - maliyyə ehtiyacları, şəhərsalma, çoxsəviyyəli idarəetmə, ümumi fəaliyyət, iştirakçılıq, vacib məlumat və biliklər, strateji planımıza daxil etdiyimiz bütün icra vasitələri təmin ediləcək".Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
demokrat.az

1Mənbələr