Bakı, 21 may, AZƏRTAC
WUF13 çərçivəsində bu gözəl şəhərdə – Bakıda müəyyən ekskursiyalarda iştirak etdim, onun müasir infrastrukturu ilə tanış oldum. Hesab edirəm ki, Bakının müasir şəhərsalma, memarlıq və abadlıq sahəsində qazandığı bu uğurlu nümunə kimi digər qlobal şəhərlərdə də tətbiq edilməli və öyrənilməlidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında iştirak edən keniyalı jurnalist Müntəzir Məhəmməd deyib.
O bildirib ki, ümumilikdə WUF13 müxtəlif ölkələrin nümayəndələrinə qabaqcıl təcrübə mübadiləsi aparmaq, dayanıqlı şəhərsalma sahəsində yeni tərəfdaşlıq əlaqələri qurmaq və bir-birindən öyrənmək üçün mükəmməl bir platforma qazandırdı.