AZ

Trampın yeni müharibə hədəsi ciddidir Deputat proseslərdən DANIŞDI...

ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları bərpa etməsi real görünür”.

Bunu millət vəkili Rasim Musabəyov Bakıvaxtı.az-a açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, yaxın perspektivdə Körfəz bölgəsində İrana qarşı ABŞ–İsrail tandemi, eləcə də bəziləri ərəb ölkələrinin iştirakı ilə yeni hərbi əməliyyatların şahidi olmaq ehtimalı böyükdür:

“İran “İsrailə qarşı mübarizə”ni ön plana çıxarmaqla əslində Körfəz regionunda öz hegemonluğunu möhkəmləndirməyə çalışır. Tehran böyük dövlət iddiasından əl çəkmək niyyətində deyil. Trampın yeni müharibə ilə bağlı hədələri də ciddi xarakter daşıyır, çünki hərbi əməliyyatlara hazırlıq artıq gedir. Hər gün İsrailə onlarla hərbi yüklə dolu təyyarə eniş edir, silah-sursat daşınır".

Rasim Musabəyov, deputat

Onun sözlərinə görə, Qətər, BƏƏ və Səudiyyə Ərəbistanının müraciətindən sonra ABŞ və İsrail müəyyən qədər gözləmə mövqeyinə keçib:

"ABŞ-la İran arasında hazırda razılaşdırılmayan əsas məsələ isə Tehranın nüvə silahı istehsalından imtina etməsidir. Halbuki, əvvəlki tələblərə ballistik raket proqramının dayandırılması və proksi qüvvələrdən imtina da daxil idi. Hörmüz boğazının açılması da tələb olunurdu. Lakin bunların hamısı arxa planda qalıb və əsas diqqət nüvə silahından imtina məsələsinə yönəlib”.

Deputat istisna etmir ki, məhz bu yeganə məsələ Donald Trampı qane edə bilər:

“Çünki İranın proksi qüvvələrinin əksəriyyəti zərərsizləşdirilib, ballistik raket imkanları da ciddi şəkildə sıradan çıxarılıb. Hörmüz boğazının bağlanması ABŞ üçün problem yaratmır. Çətinlik yaşayan ölkələr boğaz vasitəsilə neft və qaz ixrac edənlərdir – Avropa, Çin və Yaponiya üçün bu, ciddi problemdir. ABŞ isə əksinə, enerji qiymətlərinin artmasından daha çox gəlir əldə edir. Buna görə də Tramp bu məsələdə həmin dövlətləri önə çəkir”.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
bakivaxti.az

1Mənbələr