AZ

Bakı-Tbilisi qatarının sərnişinlərinin DİQQƏTİNƏ - Cərimələnə bilərsiniz

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkə ərazisində qalma müddətini əhatə edən tibbi sığortaya malik olmalıdırlar. Qayda turizm, işgüzar səfər və tranzit məqsədilə ölkəyə daxil olan bütün sərnişinlərə şamil olunur.


Manset.az-ın məlumatına görə, Bakı–Tbilisi–Bakı dəmir yolu reysi ilə səfər edən sərnişinlər də bu tələblərə uyğun olaraq sığorta təminatı əldə etməlidirlər. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, tibbi sığortanın bilet qiymətinə aidiyyəti yoxdur:

“1 yanvar 2026-cı ildən Gürcüstan qanunvericiliyinə əsasən, ölkəyə daxil olan bütün sərnişinlərin tibbi sığortası olmalıdır. Səfər edən şəxslər mütləq şəkildə sığortalanmalıdırlar. Əks halda, Gürcüstan ərazisinə giriş zamanı cərimə tətbiq oluna bilər. ‘Azərbaycan Dəmir Yolları’ QSC Azərbaycan Dəmir Yolları QSC isə bu məsələ üzrə məsuliyyət daşımır.”

Seçilən
5
2
manset.az

3Mənbələr