Bu gün burada olmaq bizim üçün böyük şərəfdir, Azərbaycana çox təşəkkür edirik. Hesab edirik ki, mənzil problemi qlobal məsələdir və həm Qlobal Cənubu, həm də Qlobal Şimalı əhatə edir. Buna görə də bu cür tədbirlərdə müxtəlif maraqlı tərəfləri bir araya gətirməsi çox vacibdir.
Hafta.az xəbər verir ki, bu fikirləri açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiysında (WUF13) iştirak edən Niderlandın Haqqa Şəhər Bələdiyyəsində çalışan Pit Gerard Scheer bildirib.
O qeyd edib ki, Azərbaycan artıq bu tədbiri təşkil etməklə və çoxlu sayda insanı bir araya gətirməklə mühüm rol oynayır:
"Əminəm ki, ölkəniz gələcək illərdə də “Yeni Şəhər Gündəliyi”nin inkişafına töhfə verməyə davam edəcək. Tədbirdə iştirak edən xarici qonaqların WUF13-ə və burada müzakirə olunan mövzulara böyük maraq göstərməsinə gəlincə, düşünürəm ki, burada bir çox vacib təcrübələr paylaşılır. Konkret olaraq hansı təcrübənin daha maraqlı olduğunu demək çətindir, amma ümumilikdə bu cür müzakirələrin çox dəyərli olduğunu hesab edirəm".