AZ

Zehra Zümrüt Selçuk: KOB-ların dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik

Bakı, 21 may, AZƏRTAC

Kiçik və orta biznes (KOB) subyektlərinin dayanıqlı şəhər transformasiyasının mərkəzində qalmasını təmin etməliyik.

AZƏRTAC xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) Baş direktoru Zehra Zümrüt Selçuk BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

“Biz iqtisadi resursların gücləndirilməsi və təlim proqramlarının dəstəklənməsi istiqamətində fəaliyyət göstəririk. İƏT ölkələrinin KOB-ları arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşviqi və ortaq öyrənmə imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, KOB inkişaf agentliklərinin fəaliyyətinin müqayisəli şəkildə öyrənilməsi ilə bağlı layihələrin həyata keçirilməsi nəzərdə tutulur. KOB-lar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin, xüsusilə 9, 11 və 13-cü məqsədlərin həyata keçirilməsi ilə sıx bağlıdır. Bu isə göstərir ki, KOB-lara investisiya qoyuluşu cəmiyyətimizin uzunmüddətli rifahına və dayanıqlı inkişafına investisiya qoyuluşudur”, - deyə o bildirib.

Fotoqraf – İlkin Cavanşirov

Seçilən
12
2
azertag.az

3Mənbələr