AZ

"Bakıda harmoniya gördüm" -

"Bu, mənim qatıldığım artıq üçüncü şəhərsalma forumudur. Hazırkı tədbirin əsas fərqi yüksək təşkilatçılıq səviyyəsi və iştirakçılar üçün yaradılmış əlverişli mühitdir”.Bu fikirləri Sudanın Xartum Universitetinin Şəhər və ekoloji dizayn kafedrasının dosenti İbrahim Bəhrəddin Bakıda keçirilən Ümumdünya Şəhərlər Forumu (WUF13) çərçivəsində Mətbuat.az-a açıqlamasında deyib. O bildirib ki, Bakıda müşahidə etdiyi şəhər həyatı və insanların ictimai məkanlarla qarşılıqlı münasibəti onda xüsusi təəssürat yaradıb:“Yerli sakinlərin qonaqpərvərliyi məni səmimi qəlbdən valeh etdi. İnsan burada özünü ilk andan doğma mühitdə hiss edir. Şəhərdəki memarlıq müxtəlifliyi diqqətimi cəlb etsə də, mənim üçün əsas göstərici insanların həyat keyfiyyəti və şəhər məkanlarından necə istifadə etməsidir. Bakıda bu harmoniyanı açıq şəkildə görmək mümkündür”.İ.Bəhrəddin əlavə edib ki, gələcəkdə yenidən Azərbaycana səfər etməyi planlaşdırır.

Gülbəniz Hüseynli / Metbuat.az

Seçilən
2
metbuat.az

1Mənbələr