AZ

UN-Habitat: Qeyri-rəsmi yaşayış məskənlərinin yaxşılaşdırılması su problemlərinin həllinə töhfə verə bilər

Bakı, 21 may, AZƏRTAC

Əgər insanları düşərgələrdən və qeyri-rəsmi yaşayış məskənlərindən layiqli mənzillərə köçürmək, həmçinin həmin ərazilərdə yaşayış şəraitini yaxşılaşdırmaq mümkün olsa, bu zaman su və digər əsas xidmətlərlə bağlı problemlərin bir hissəsini aradan qaldırmaq olar.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “BMT-nin 2026-cı il Su Konfransı Şəhər mənzillərinin yol xəritəsi” adlı tədbirdə çıxışı zamanı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

O bildirib ki, bu məqsədə çatmaq üçün çoxsaylı maneələr mövcuddur və forum çərçivəsində məhz bu çətinliklər geniş şəkildə müzakirə olunur.

“Bu problemlərin əksəriyyəti birbaşa su sektoru ilə və ya ənənəvi olaraq su sahəsində aparılan müzakirələrlə bağlı olmasa da, onların su təhlükəsizliyinə ciddi təsiri var.

Burada, xüsusilə şəhərsalma və torpaq istifadəsinin planlaşdırılması mühüm rol oynayır. Torpaqdan istifadənin ekoloji və sosial baxımdan dayanıqlı şəkildə təşkili həm insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, həm də su resurslarının daha səmərəli idarə olunmasına töhfə verə bilər”,- deyə o diqqətə çatdırıb.

Müxbir: Vüsalə Səfərova
Operator: Ələkbər Baxşiyev
Foto: Səfiyar Məcnun
Seçilən
23
1
azertag.az

2Mənbələr