AZ

Rossbax: Bacarıqların artırılması UN-Habitat-ın əsas fəaliyyət istiqamətlərindəndir

Təlimlərin keçirilməsi və bacarıqların artırılması UN-Habitat üçün əsas fəaliyyət istiqamətlərindən biridir.

"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

"UN-Habitat-ın artıq ortaya qoyduğu işləri inkişaf etdirmək üçün birgə işləmək üçün nə edə biləcəyimizi düşünməliyik. Şəhərlərdə rəhbər qurum kimi, komissiya səviyyəsində və ya milli hökumətdə çalışan heç kimin dayanıb gördüyü iş haqqında yazmağa vaxtı yoxdur. Amma onların töhfə verəcək çox şeyi var. Təlim və bacarıqların artırılması UN-Habitat üçün əsas fəaliyyət istiqamətlərindən biridir. Beləliklə, burada paylaşdığımız məzmun Yeni Şəhər Gündəliyinin gələcəyinə, şəhərlərin gələcəyinə xidmət edir və nəticədə ortaq, tərəfdaş əsaslı inkişafa çevrilir".

Seçilən
26
far.az

1Mənbələr