AZ

Fərid Qayıbov: Dayanıqlı şəhərlər inklüziv və insanyönümlü olmalıdır

Dayanıqlı şəhərlər inklüziv və insanyönümlü olmalıdır.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Evlərimiz, gələcəyimiz: Uşaqlar və gənclər üçün yaşanıla biləcək şəhər mühitlərinin birgə dizaynı" adlı panel müzakirəsində deyib.

O, foruma hazırlıq zamanı gənclərin səsinin qlobal səviyyədə eşidilməsini hədəflədiklərini bildirib:

"Dayanıqlı şəhərlər inklüziv və insanyönümlü olmalıdır. Biz dayanıqlı şəhərlərin inkişafının yalnız infrastruktur və investisiyalardan deyil, aktivlik, etimad, həmrəylik və əlaqələndirmədən də asılı olduğunu etiraf etməliyik".

Seçilən
29
far.az

1Mənbələr