AZ

"Vilyarreal" Daniel Parexo ilə yollarını ayırdığını açıqlayıb

İspaniyanın "Vilyarreal" klubu futbolçusu Daniel Parexo ilə yollarını ayırıb.

"Far.Az" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

37 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.

Xatırladaq ki, 2020-ci ildən "Vilyarreal"da çıxış edən Daniel Parexo cari mövsüm 40 matçda 1 qola imza atıb. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.

Seçilən
16
2
far.az

3Mənbələr