AZ

"Vilyarreal" Daniel Parexo ilə yollarını ayırdığını açıqlayıb

İspaniyanın "Vilyarreal" klubu futbolçusu Daniel Parexo ilə yollarını ayırıb.
 
Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
37 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti başa çatıb.
 
Xatırladaq ki, 2020-ci ildən "Vilyarreal"da çıxış edən Daniel Parexo cari mövsüm 40 matçda 1 qola imza atıb. O, komanda ilə UEFA Avropa Liqasının qalibi olub.
 
Report
Seçilən
24
2
sitat.info

3Mənbələr