AZ

"Yeni mikromobillik zolaqlarının və “yaşıl” nəqliyyat xətlərinin yaradılması davam etdiriləcək" - READ QASIMOV

Ekoloji və müasir “yaşıl” nəqliyyat növlərinin 2040-cı ilə qədər inkişafının Baş Planda nəzərdə tutulduğu və bu istiqamətdə işlərin mərhələli şəkildə davam etdiyi bildirilib.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Baş Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov açıqlamasında deyib.

O qeyd edib ki, son 2–3 ildə şəhər mühitində mikromobillik sisteminin inkişafı üzrə real nəticələr müşahidə olunur.

Read Qasımovun sözlərinə görə, əsas məqsəd şəhərin avtomobillər üçün deyil, insanlar üçün daha rahat və əlçatan məkana çevrilməsidir.

O bildirib ki, bu çərçivədə yeni mikromobillik zolaqlarının və “yaşıl” nəqliyyat xətlərinin yaradılması davam etdiriləcək.

Eyni zamanda şəhər daxilində yaşıl koridorların formalaşdırılması istiqamətində işlərə artıq başlanıldığı vurğulanıb.

Qeyd olunub ki, parklar və ictimai məkanlarda ekoloji nəqliyyat vasitələrinin istifadəsi də genişləndiriləcək və bu proses uzunmüddətli inkişaf strategiyası çərçivəsində həyata keçirilir.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
14
sia.az

1Mənbələr