AZ

İnsanlar ən çox kimə inanır?


İnsanlar suala gec cavab verən şəxsləri daha az səmimi hesab edirlər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Journal of Personality and Social Psychology” jurnalında yayımlanan araşdırmada qeyd olunub.
Araşdırmada ABŞ, Böyük Britaniya və Fransadan olan 7500-dən çox insan iştirak edib. İştirakçılara müxtəlif suallar verilib. Məsələn, dostunun hazırladığı tortu bəyənib-bəyənmədiyi və ya işdən pul oğurlayıb-oğurlamadığı soruşulub. Daha sonra iştirakçılardan həmin insanların nə qədər səmimi göründüyünü qiymətləndirmək istənilib.
Nəticələr göstərib ki, insanlar gecikmiş cavabları demək olar ki, bütün hallarda daha az səmimi hesab ediblər. Bu təsir həm sadə, həm də ciddi mövzularda müşahidə olunub. Məsələn, dostunun hazırladığı tortu bəyənib-bəyənmədiyini soruşan şəxsin gec cavabı da, oğurluqla bağlı suala verilən gec cavab da daha az səmimi qəbul edilib.
Araşdırmada iş müsahibəsi ilə bağlı nümunə də göstərilib. Təsəvvür edin ki, işə qəbul meneceri iki namizəddən “Proqramlaşdırma dilini bilirsinizmi?” deyə soruşur. Namizədlərdən biri dərhal “Bəli” cavabı verir, digəri isə bir neçə saniyə gözlədikdən sonra cavablayır. Araşdırmaya görə, menecer çox güman ki, dərhal cavab verən şəxsə daha çox inanacaq.
Seçilən
29
yeniavaz.com

1Mənbələr