AZ

“Bəzən həll var, amma siyasi iradə yoxdur” - Argentinalı ekspert

“Siyasi iradə də olmalıdır. Bəzən cavab və həll var, amma siyasi iradə olmur”.

Redaktor.az xəbər verir ki, bu fikirləri bunu VUF 13 çərçivəsində “Azərbaycanda Şəhər Yenidənqurması və Urban Transformasiya: İnnovativ Bərpa Modeli” adlı tədbirdə insan hüquqları üzrə magistr dərəcəsiniə sahib olan, Argentinada beynəlxalq təşkilatda işləyən Qabriyela Arrastuya səsləndirdi.

“Qeyri-rəsmi yaşayış məntəqələrində yaşayanların dəqiq sayını bilmirik. Əksəriyyətinin yaşayışı haqqında məlumatımız yoxdur. Həll ilə bağlı isə çətinlik var. Problemlər böyükdür və həll edilə bilər.

İcmaları dinləməliyik. Onlar öz səslərini eşitdirməlidirlər, biz isə şərait yaratmalıyıq. Biz sadəcə onların hisslərinə tərcüman oluruq. Onların təcrübəsi çox vacibdir.

18 ölkədə işləyirik. 450 icmada fəaliyyət göstəririk. İndi daşqınlar 2-3 aydan bir olur. Hər yay meşə yanğınları, qışda isə daşqınlar baş verir. Hər 4-6 aydan bir qasırğa olur. Bu çox pisdir. Vəziyyətin təcili olduğunu anlamalıyıq. Daha çox belə dəyirmi masalar keçirməliyik”.

Aytəkin TOFİQQIZI

Seçilən
10
redaktor.az

1Mənbələr