AZ

ABŞ müharibə hazırlığına BAŞLADI: Yaxın Şərqə iki lazerlə silahlanmış esmines yerləşdirdi

ABŞ Yaxın Şərqə iki lazerlə silahlanmış esmines yerləşdirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə TWZ saytı məlumat yayıb.

“USS Spruance” və “USS John Finn” esminesləri gəmilərdə, sualtı qayıqlarda, pilotlu təyyarələrdə və dronlarda kəşfiyyat sistemlərindəki dronları çaşdırmaq və kameraları və sensorları neytrallaşdırmaq üçün hazırlanmış ODIN lazer sistemi ilə təchiz olunub.

Ümumilikdə, ABŞ Hərbi Dəniz Qüvvələri doqquz gəmidə istiqamətləndirilmiş enerji silahları yerləşdirib.

Qeyd edək ki, qısaldılmış TWZ kimi də tanınan The War Zone 2016-cı ildə istifadəyə verildiyi vaxtdan bəri müdafiə sənayesi, milli təhlükəsizlik icması və geniş ictimaiyyət üçün vacib bir mənbəyə çevrilib.

Seçilən
17
veteninfo.az

1Mənbələr