Tramvay xətlərinin yaradılması üçün mümkün imkanlar nəzərdən keçirilir və məqsəd onların 2028-ci ilə qədər istifadəyə verilməsidir”.Bunu AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakıda ictimai nəqliyyat sisteminin inkişafı əsas prioritet istiqamətlərdən biri olaraq qalır və bu sahədə müxtəlif layihələr həyata keçirilir.
Tərlan Səfərov bildirib ki, qurumun əsas diqqət mərkəzində ictimai nəqliyyatın gücləndirilməsi dayanır və bu məqsədlə müxtəlif təşəbbüslər həyata keçirilir.
Onun sözlərinə görə, hazırda hər gün təxminən 2300 avtobus xəttə çıxır və onlardan gündəlik təxminən 5 milyon sərnişin istifadə edir.
O qeyd edib ki, nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir, eyni zamanda metro sisteminin inkişafı da diqqət mərkəzində saxlanılır.
“Şəhərdaxili əlçatanlığı artırmaq üçün 10 yeni strategiya hazırlanıb. Metroda qırmızı və yaşıl xətlərin inkişafı üzərində işlər aparılır”, – deyə Tərlan Səfərov əlavə edib.
Aytac