AZ

Bakıda tramvay xətləri bu tarixdə istifadəyə veriləcək

ain.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şəhərdə ictimai nəqliyyatın inkişafı əsas prioritet istiqamətlərdən biridir və bu sahədə mümkün olan bütün imkanlar səfərbər olunur.

Bu sözləri WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hər gün 2300 avtobus xəttə çıxarılır və təxminən 5 milyon sərnişinə xidmət göstərilir:

“Nəqliyyat şəbəkəsinin genişləndirilməsi davam edir və metro sisteminin inkişafı istiqamətində də işlər aparılır. Şəhərdaxili əlçatanlığın artırılması üçün 10 yeni strategiya hazırlanıb. Hazırda metro üzrə qırmızı və yaşıl xətlərin inkişafı həyata keçirilir, eyni zamanda tramvay xətlərinin yaradılması imkanları da nəzərdən keçirilir. Məqsəd bu sistemin 2028-ci ilə qədər istifadəyə verilməsidir”.

Qafqazinfo

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
11
banco.az

10Mənbələr