AZ

“Paşinyanın beyni çönüb! Düz edib..." - Rey Kərimoğlunun ŞƏRHİ - VİDEO

“Ermənistanda keçiriləcək 7 iyun seçkilərində Paşikin qalib gəlmə ehtimalı çox yüksəkdir”.

Qaziler.az xəbər verir ki, bu fikirləri “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu feysbuk səhifəsində paylaşıb. O, Nikol Paşinyanın Qarabağ separatçıları ilə bağlı yayılan görüntülərinə şərh verib:

“Paşinyanın beyni çönüb! Düz edib... Ermənistanda keçiriləcək 7 iyun seçkilərində Paşikin qalib gəlmə ehtimalı çox yüksəkdir. Əgər o, seçilərsə Azərbaycanla Ermənistan arasında sülh sazişi elə sülh yolu ilə də həll olunacaq. Yox əgər Köçəryan qalib gəlsə (ehtimal azdır), onda dəmir yumuruq lazım olacaq. Zəngəzur dəhlizi də lap tez açılacaq. Amma mən qəti müharibə tərəfdarı deyiləm. İnşallah, hər şey sülh yolu ilə həll olunar”, - deyə Qarabağ qazisi bildirib.

Qeyd edək ki, mayın 18-də İrəvanda seçkiqabağı təşviqat kampaniyası zamanı məzuniyyətdə olan və hazırda ölkədə hakim partiya olan “Mülki Müqavilə”nin deputatlığa namizədlərinin proporsional siyahısına rəhbərlik edən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan olan Artur Osipyanın suallarını cavablandırarkən gərginlik yaşanıb. Dialoq zamanı Paşinyan Osipyanı Azərbaycan tezislərini təbliğ etməkdə ittiham edib. Daha sonra Osipyan mühafizəçilər tərəfindən ərazidən uzaqlaşdırılıb.

Paşinyan isə onun ardınca qışqıraraq kəskin ifadələr işlədib: “Rədd ol burdan! Bu Qarabağın qondarma elitası rədd olsun burdan. Siz, qaçıb gələnlər… Sənin burada nə işin var ümumiyyətlə? Kimdir onlar? Bu Qarabağın qondarma elitası hələ bir barmaq da silkələyir. Rədd olun ümumiyyətlə, siz kimsiniz? Artur Osipyan, get başını divara vur! Gedib bizim uşaqlarımızın yerinə öləydin də. Oğrular, heyvanlar. Siz Qarabağ xalqını girov götürmüşdünüz. Sən niyə ümumiyyətlə sağ qalmısan ki, hələ bir 5000 qurbandan da danışırsan? Ay alçaq! Şahramanyan niyə sağdır? Digərləri niyə sağdır? Sizin parlamentin deputatları adlandırdığınız şəxslər niyə sağdırlar? Niyə ölməyiblər? Ermənistanda Qarabağın Milli Məclisi, hökuməti var?! Hamısının kökünü kəsəcəm”.

QAZİLER.AZ

Seçilən
4
1
qaziler.az

2Mənbələr