Azərbaycan Premyer Liqasının sonuncu turunda “Qəbələ” doğma meydanda “Şamaxı”nı qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibində zədəli Sissoko və cəzalı Asif Məmmədov meydana çıxa bilməyəcək.
“Şamaxı” isə Sezar Enrike və David Santos zədə səbəbindən görüşü buraxacaq. Komandada cəzalı futbolçu yoxdur.
“Qəbələ” – “Şamaxı” qarşılaşması bu gün saat 18:30-da start götürəcək.