AZ

Bu şəhəri sel vurdu - ÖLƏN VAR - FOTOLAR

Türkiyənin Hatay şəhərinin Antakya rayonunda gecə boyu davam edən güclü yağış fəlakətə səbəb olub.

Musavat.com xəbər verir ki, səhər saatlarında baş verən torpaq sürüşməsi nəticəsində bir ev dağılıb. 

Şəhərdə axşam saatlarında başlayan leysan gecə saatlarında daha da güclənib. Güclü yağış səbəbindən Hacı Ömər Alpagot məhəlləsində yamacda yerləşən ev yola doğru çöküb.

Hadisə yerinə 112 Təcili Tibbi Yardım, AFAD, yanğınsöndürmə və polis qrupları cəlb olunub. Dağıntılar altından 3 nəfərin xilas edildiyi, 1 nəfərin isə cansız bədəninin tapıldığı açıqlanıb.

Digər tərəfdən, şəhərdəki Reyhanlı–Antakya magistralı, Narlıca qovşağı, Antakya–Samandağ yolunun Orhanlı hissəsi, Kavaslı məhəlləsi alt keçidi və Kisecik EXPO yolu təhlükəsizlik məqsədilə müvəqqəti olaraq nəqliyyata bağlanıb.

Dövlət Su İşləri, Karayolları Regional İdarəsi və Böyükşəhər Bələdiyyəsinin qrupları yollarda suyun çəkilməsi və təmizləmə işlərini davam etdirir.

Musavat.com

Seçilən
7
2
musavat.com

4Mənbələr