AZ

Hatayda güclü yağış səbəbindən ev çökdü: Ölən və yaralananlar var

Türkiyənin Hatay bölgəsinin Antakya şəhərində gecə boyu yağan şiddətli leysan yağışları səbəbindən yamacda yerləşən birmərtəbəli fərdi ev çöküb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Bildirilib ki, dağıntılar altından bir nəfərin cəsədi çıxarıb. Üç nəfər isə xilas edilib. Xəsarət alanlar təcili yardım briqadalarının ilkin müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib. Müvafiq qurumların ərazidəki yoxlamaları davam edir.

Bundan əlavə, rayonun bəzi yolları avtomobillərin hərəkəti üçün bağlanıb.

"Cebheinfo.az"

Seçilən
39
2
cebheinfo.az

4Mənbələr