AZ

“e-Manat”ın ın lisenziyasının qüvvəsini onun öz istəyi ilə məhdudlaşdırıb

Azərbaycan Mərkəzi Bankı “e-Manat” əmtəə nişanının sahibi “Modenis” MMC-yə verdiyi 18 sentyabr 2024-cü il tarixli lisenziyanın qüvvəsini məhdudlaşdırıb.

Banker.az bunu Mərkəzi Banka istinadn xəbər verir.

Lisenziya “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti üçün verilib.

Təşkilatın müraciətinə əsasən, onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

Şirkət fəaliyyətini ödəniş təşkilatı olaraq davam etdirəcək.

Qeyd edək ki, ötən il “Modenis” MMC-yə (Təşkilat) “ödəniş əməliyyatının ekvarinqi” və “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” fəaliyyəti göstərilməsi üçün Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 05 iyun 2024-cü il tarixində ÖT-003 nömrəli lisenziya verilib. Təşkilatın müraciətinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 17 iyul 2025-ci il tarixli Qərarı ilə onun lisenziyasında “elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası” üzrə ödəniş xidməti ləğv edilib.

 

Seçilən
14
banker.az

1Mənbələr