AZ

“Qarabağ”ı Avropa Liqasında hansı komandalar gözləyir? – Mümkün rəqiblər açıqlandı

“Aston Villa”nın Avropa Liqasının finalındakı qələbəsindən sonra turnirin 1-ci təsnifat mərhələsində iştirakçı sayı 16-dan 12-yə enib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi “Qarabağ” püşkatmada səpələnmişlər sırasında yer alacaq.

Ağdam klubunun mümkün rəqibləri arasında “Voyvodina”, “ÇFR Kluj”, “Aluminiy”, “Derri Siti” və “Vestri” var. Sonuncu rəqib isə “Jilina” və ya “Zimbru” olacaq.

1-ci təsnifat mərhələsinin püşkü iyunun 16-da keçiriləcək.

Seçilən
49
idmanxeber.az

1Mənbələr