Seminarların ilk mərhələsində Mediasiya Şurasının 15 nümayəndəsi müxtəlif qrafik üzrə fərqli şəhərlərdə təlimlərə qatılacaq. Bu seminarların keçirilməsində əsas məqsəd ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığı və qarşılıqlı fəaliyyəti daha da gücləndirməkdir.
Qeyd olunan seminarlarda Mediasiya Şurası nümayəndələrinin, o cümlədən mediatorların iştirakı müvafiq mövzular üzrə müxtəlif formalı mübahisələrin mediasiya vasitəsilə həllində mediatorlar barədə dolğun təsəvvür formalaşdıracaq.
Belə ki, nümayəndələrimizin bu seminarlarda iştirakı onların sahəvi biliklərini inkişaf etdirəcək, beynəlxalq səviyyədə təcrübə qazanmasına və gələcək praktikaların formalaşmasına mühüm töhfə verəcəkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31