Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin də çıxış etdiyi “Kolumbus Kryu” ABŞ Kubokunda 1/4 final matçını keçirib.
Sportinfo.az xəbər verir ki, komanda “Nyu York Siti” ilə qarşılaşıb.
Görüşdə “Kolumbus Kryu” qələbə qazanıb və yarımfinala yüksəlib - 1:0.
Nəriman da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və 64-cü dəqiqədə əvəzlənib.
Komandasının 59-cu dəqiqədəki qolunun məhsuldar ötürməsini də Nəriman verib.
“Kolumbus Kryu”nun yarımfinaldakı rəqibi “Orlando” olacaq.