AZ

İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayıazalıb - 31,4 faizvə 7,1 faiz azalma

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, habelə Azərbaycan Respublikasından xarici ölkələrə getmiş Azərbaycan Respublikası vətəndaşlarının sayı barədə məlumatları aıqlayıb.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2025-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 4,8 faiz azalaraq 602,4 min nəfər olmuşdur.

Vətəndaşlarımızın 40,8 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz çox), 16,8 faizi Rusiya Federasiyasına (1,0 faiz az), 10,8 faizi Gürcüstana (7,1 faiz az), 7,9 faizi İrana (31,4 faiz az), 23,7 faizi isə digər ölkələrə (12,1 faiz az) getmişdir. Gedənlərin 67,3 faizini kişilər, 32,7 faizini qadınlar təşkil etmişdir.   

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının 69,7 faizi hava, 28,2 faizi dəmir yolu və avtomobil, 2,1 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.

Azərbaycanlı turistlərxarici ölkələrə gedən azərbaycanlılarDövlət Statistika KomitəsiDövlət Sərhəd Xidməti2026 səyahət statistikasıAzərbaycan vətəndaşlarının xaricə səfəriTürkiyəyə səfərRusiyaya səfərGürcüstana səfərİrana səfərAzərbaycan turizm statistikasıAzərbaycan turizm xəbərləri2026 yanvar aprel statistikasıAzərbaycan vətəndaşlarının səfərlərixaricə gedənlərin sayıturizm bazarı AzərbaycanAzərbaycan səyahət bazarıAzərbaycan beynəlxalq səfərlərAzərbaycan turist axınıAzərbaycan hava nəqliyyatıhava yolu sərnişinləridəmir yolu sərnişinləriavtomobil nəqliyyatıdəniz nəqliyyatıAzərbaycan səyahət xəbərləriTürkiyəyə gedən azərbaycanlılarRusiya istiqamətiGürcüstan istiqamətiİran istiqamətiturizm
Seçilən
22
marja.az

1Mənbələr