AZ

Qarpızın ürəyə və damarlara gözlənilməz təsiri aşkar edildi

Beynəlxalq tədqiqatçılar qrupu qarpızın ürək-damar sağlamlığının qorunmasına kömək edə biləcəyi qənaətinə gəlib.

Azpost.info bildirir ki, tədqiqatçılar qarpız suyunun bədənə təsirini araşdırıb və onun L-sitrulin və L-arginin tərkibinə diqqət yetiriblər. Bu maddələr qan damarlarının rahatlamasına və genişlənməsinə kömək edən azot oksidinin istehsalında iştirak edir.

Tədqiqata görə, qarpız suyunun müntəzəm istehlakı normal damar funksiyasının qorunmasına kömək edib və ürək döyüntüsünə təsir edib.

Müəlliflər həmçinin qeyd ediblər ki, qarpız antioksidanlarla zəngindir və təxminən 90% sudan ibarətdir və bədənin su balansını qorumağa kömək edir.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr