AZ

Çadlı tələbə: Bu gün sürətlə böyüyən şəhərlərin əsas problemlərindən biri karbon emissiyalarının artmasıdır

Bakı, 21 may, AZƏRTAC

Bu gün sürətlə böyüyən şəhərlərin əsas problemlərindən biri karbon emissiyalarının artmasıdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) Çaddan olan iştirakçısı, hazırda Bakıda təhsil alan Omar Guedet deyib.

O bildirib ki, bu, şəhərlərin dayanıqlı inkişafını çətinləşdirən əsas amillərdən biridir.

“Mən hesab edirəm ki, ölkələr bir araya gələrək karbon emissiyalarını azaltmalı və daha “ağıllı şəhər”lərin qurulması üçün birgə işləməlidirlər. Yaşıl enerjinin müasir şəhərlərin inkişafında rolu isə çox vacibdir. Müasir şəhərlər daha çox “ağıllı” texnologiyalar əsasında qurulmalıdır. Bu texnologiyalar şəhərlərin daha səmərəli, daha təhlükəsiz və daha dayanıqlı olmasına kömək edir”,- deyə o vurğulayıb.

Müxbir - Vüsalə Səfərova, Günel Alıyeva
Videooperator - Şövqi Əzizov

 

Seçilən
34
1
azertag.az

2Mənbələr