AZ

Qazaxıstandan Rusiyaya AĞIR ZƏRBƏ: Ukrayna üçün müsadirə ediləcək

Qazaxıstanda məhkəmə beynəlxalq arbitraj qərarına əsasən Rusiyanın “Qazprom” şirkətindən “Naftoqaz Ukrainy” şirkətinin xeyrinə 1,4 milyard dolların məcburi şəkildə geri alınmasına icazə verib.

Məlumatı “Naftoqaz”ın İdarə Heyətinin sədri Sergey Koretski açıqlayıb:

“Qazaxıstanda məhkəmə beynəlxalq arbitraj qərarına əsasən “Qazprom”dan “Naftoqaz” şirkətinin xeyrinə 1,4 milyard dolların məcburi şəkildə geri alınmasına icazə verib. Bu, bu arbitraj qərarının ayrıca yurisdiksiyada icrasına imkan verən ilk açıq xarici məhkəmə qərarıdır”.

Koretski vurğulayıb ki, şirkət beynəlxalq arbitraj qərarına uyğun olaraq Rusiya qaz inhisarçısından sistematik şəkildə kompensasiya tələb etməyə davam edir. 2026-cı ilin mart ayında “Naftoqaz” Qrupu Rusiyanın “Qazprom” şirkətinə qarşı 1,4 milyard dollarlıq iddiası üzrə yekun qərara nail olub. İsveçrə Federal Ali Məhkəməsi “Qazprom”un şikayətini tamamilə rədd edib və rusların “Naftoqaz”a qaz nəqli xidmətləri üçün 1,4 milyard dollardan çox borc ödəməsini, üstəgəl faiz və məhkəmə xərclərini ödəməsini nəzərdə tutan 2025-ci ilin iyun arbitraj qərarını qüvvədə saxlayıb.

Həmin vaxt “Naftogaz” qərarın icrasını təmin etmək üçün çalışdığını, həmçinin Rusiyaya qarşı zərərin ödənilməsi üçün bir sıra digər məhkəmə iddiaları qaldırdığını açıqlamışdı. Məhkəmə həmçinin Rusiya şirkətinin 200.000 İsveçrə frankı məbləğində məhkəmə xərclərini, Federal Ali Məhkəmədəki proses zamanı çəkilmiş xərclərə görə Naftogaz-a 250.000 İsveçrə frankı kompensasiya ödəməsinə dair qərar qəbul edib.

Xatırladaq ki, təbii qaz nəqlinin təşkili ilə bağlı 2019-cu il müqaviləsinə uyğun olaraq, “Naftogaz” 1 yanvar 2025-ci ilə qədər Qazprom üçün Ukrayna ərazisindən təbii qaz tranzitini təşkil etmək öhdəliyinə malik idi.

Lakin 2022-ci ilin may ayında Rusiya işğalçı qüvvələrinin hərəkətləri nəticəsində Soxranovka giriş məntəqəsindən qaz tranziti mümkün olmayıb. Buna baxmayaraq, “Naftogaz” müqavilədə nəzərdə tutulduğu kimi Sudja giriş məntəqəsindən bütün həcm üçün qaz tranziti xidmətləri göstərməyə davam edib. Lakin “Qazprom” Soxranovka ilə nəqli nəzərdə tutulan həcmləri Sudjadan ötürməkdən, həmçinin qaz nəqlinin təşkili üçün tam haqqı ödəməkdən imtina edib və bununla da müqavilə öhdəliklərini pozub.

Buna görə də 2022-ci ilin sentyabr ayında “Naftogaz”, müqavilədə nəzərdə tutulduğu kimi, Beynəlxalq Ticarət Palatasının Qaydalarına əsasən İsveçrədə arbitraj proseduruna başlayıb.

Musavat.com

Seçilən
4
1
editor.az

2Mənbələr