AZ

QHT-lər cəmiyyətin ekoloji məlumatlılığını artırmağa kömək edir -Aygün Əliyeva

Qeyri-hökumət təşkilatları (QHT-lər) dayanıqlı inkişaf gündəliyinin təşviqində və bu sahədə ictimai məlumatlılığın artırılmasında mühüm rol oynamağa davam edir.

Aznews.az xəbər verir ki, bunu Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, son illərdə "yaşıl inkişaf siyasəti" və dayanıqlı inkişaf sahəsində təşəbbüslər sayəsində Azərbaycanda mühüm institusional baza formalaşdırılıb: "Yaşıl inkişaf prinsiplərinin "Azərbaycan-2030" sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə daxil edilməsi, işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji zonası" və "ağıllı yaşayış məntəqələri" konsepsiyalarının reallaşdırılması, eləcə də COP29 çərçivəsində iqlim gündəliyinin gücləndirilməsi ölkənin bu sahədəki sistemli yanaşmasını nümayiş etdirir".

Seçilən
33
2
aznews.az

3Mənbələr