AZ

"İran ABŞ-ın sülh təklifinə verdiyi cavabı öyrənir" - Bəqayi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, ABŞ və İran Pakistan vasitəsilə atəşkəs təklifləri mübadiləsi aparıblar.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

Bəqayinin sözlərinə görə, İranın təqdim etdiyi ilkin 14 bəndlik mətnlə bağlı bir neçə mesaj mübadiləsi həyata keçirilib.

“Biz Amerika tərəfinin mövqeyini almışıq və onu öyrənirik”, - deyə o bildirib.

Bəqayi bu açıqlamanı Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin İrana səfəri zamanı verib.

Qeyd edək ki, Pakistanın daxili işlər naziri Möhsin Nəqvi mayın 20-də İran rəsmiləri ilə danışıqlar aparmaq üçün Tehrana səfər edib.

Münaqişədə vasitəçi kimi çıxış edən Pakistan 11–12 aprel tarixlərində Vaşinqton və Tehran arasında danışıqların ilk mərhələsinə ev sahibliyi etsə də, tərəflər həmin görüşlərdə razılığa gələ bilməyiblər.

Aminə ŞAHSUVARQIZI

Seçilən
25
1
redaktor.az

2Mənbələr