AZ

Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi Türk Mətbəxi Həftəsinə hazırdır -FOTOLAR

Azərbaycan Sağlamlıq və Termal Turizm Dəstək Assosiasiyasının dəstəyi  ilə qurulan və Sumqayıtdakı Turan restoranlar şəbəkəsinin təşkilatçılığı  ilə fəaliyyət göstərən Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi (TQTA), online peşə təhsil portalı ilə dünyada ilklərdən, Azərbaycanda isə yeganə olaraq, 21–27 May tarixlərində qeyd olunan Türk Mətbəxi Həftəsi çərçivəsində xüsusi hazırlıqlarını tamamlamışdır.

Bu il “Bir Süfrədə Miras” teması ilə keçirilən həftə münasibətilə, mərkəzin mütəxəssisləri tərəfindən ənənəvi Türk mətbəxinin əsas yeməklərinə dair tariflər, hazırlanma mərhələləri və tarixi konteksti əhatə edən tədris materialları hazırlanmışdır. Bu materiallar tələbələrin istifadəsi üçün mərkəzin təhsil portalına yüklənmişdir.

Mantı, sarma, keşkek, baklava və börək kimi yüzilliklərin süzgəcindən keçmiş yeməklər; yalnız resept olaraq deyil, hər birinin daşıdığı texnika, ritual və mədəni hekayə ilə birlikdə tələbələrə təqdim edilir. Bu yanaşma, mətbəxi yaşayan və nəsildən-nəsilə ötürülən bir mədəni miras kimi mənimsətməyi hədəfləyir.
Mərkəz rəhbərliyi bildirir ki, bu təşəbbüs Azərbaycan və Türkiyə xalqlarının ortaq mədəni və irsi birliyinə töhfə vermək məqsədi daşıyır. İki qardaş ölkənin mətbəx mədəniyyətindəki dərin bağları gənc peşəkar nəsillərə ötürmək istiqamətindəki səylər davam edəcəkdir.

Türk Mətbəxi Həftəsinin əhəmiyyəti ondadır ki, bu həftə mətbəxi sadəcə qida hazırlığı deyil, sağlamlıq, davamlılıq və mədəni kimlik prinsipləri çərçivəsində beynəlxalq səviyyədə tanıdır. Hər tarif bir dövrün izini, hər texnika isə bir yaşam tərzinin sənədini daşıyır — və bu birikim süfrədə yenidən canlanır.
Bu prinsiplər mərkəzin yeni başlatdığı “Qidanı Qoru” təşəbbüsü ilə də birbaşa səsləşir. Qida israfının qarşısını almağa və davamlı mətbəx mədəniyyətini gənc peşəkarlara aşılamağa yönəlmiş bu hərəkat çərçivəsində mərkəz, Türk Mətbəxi Həftəsi boyunca tələbələri və ictimaiyyəti həm bu zəngin irslə, həm də qaynaqların qorunması mədəniyyəti ilə tanış etməyə davam edəcəkdir.

Əlaqə:
Turan Qastro Turizm Peşə Hazırlıq Mərkəzi
Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 8
Tel: +994 51 769 61 81 | www.tqta.az

Seçilən
29
3
veteninfo.az

4Mənbələr